Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Şimal-qərb marşrutu: Şəki

9 573
S sazan · 25 fevral 2008 əlavə edildi

ŞƏKİ RAYONU Böyük Qafqaz sıra dağlarının mənzərəli cənub yamaclarında yerləşir.

Şəkinin ətrafında erkən orta əsr memarlığının çoxlu abidələri qorunub saxlanılıb: bunlar Qafqaz Albaniyası dövrünə aid qalalar, gözətçi qüllələri, kilsələr və monastır xarabalıqlarıdır. Onların arasında ən maraqlıları BİDEYİZ, BAŞ KÜNGÜT, ORTA ZEYZİT kəndlərindəki abidələr və, əlbəttə ki, Müqəddəs Yeliseyin ucaltdığı KİŞ kəndindəki kilsədir (II-IV əsrlər) - o, MDB ərazisində ən qədim xristian tikilisi hesab olunur. Hazırda kilsə bərpa olunaraq muzeyə çevrilib.

ŞƏKİ ŞƏHƏRİ - Şəki-Zaqatala bölgəsinin əsas şəhəri, Azərbaycanın ən qədim və ən gözəl şəhərlərindən biridir, onun salınma tarixi eramızdan əvvəl I minillik hesab olunur. Şəhər haqqında ərəb, türk, gürcü, rus və Avropa yazılı mənbələrində xatırlanır.

Alimlərin ehtimalına görə, şəhər adını burada yaşamış sak tayfalarından alıb. Şəki Böyük İpək Yolunun üzərində yerləşir. Ptolemeydə Şəki Niqa kimi xatırlanır, müasir alimlər onu qədim Nuxa şəhəri ilə eyniləşdirirlər. Bu günə qədər yaşlı sakinlər Şəkini, 1772-ci ildə sel nəticəsində dağılmış Şəkinin yaxınlığında yerləşən Nuxa kəndinin adı ilə Nuxa adlandırırlar - Şəkinin sakinləri salamat qalmış Nuxaya köçmüşdülər.

Xristianlığın yayıldığı dövrdə Şəki Albaniyanın dini mərkəzlərindən biri idi. Ərəb-xəzər müharibələri zamanı (VII-IX əsrlər) şəhər hərbi toqquşmaların və münaqişələrin meydanına çevrildi. Ərəb xilafəti zəiflədikdə burada Şirvanşahlar dövlətinin tərkibinə daxil olan knyazlıq yaradıldı (XI əsr).

Elxanilər sülaləsinin hakimiyyəti dövründə (XIV əsrin sonu) Şəkidə çiçəklənmə dövrü başladı və şəhər yerli hökmdar Sidi Əlinin (Seyid Əli) idarəsi altında müstəqil mülkün mərkəzinə çevrildi. Teymurun yürüşü zamanı Sidi Əli işğalçılara ciddi müqavimət göstərdi, sonra isə qoşununun başında o vaxt ƏLİNCƏQALA qalasının sərt müdafiəsini aparan Naxçıvanın köməyinə getdi (1397-1398-ci illər). XVI əsrdə Şəki hökmdarı Dərviş Məhəmməd döyüş zamanı öldürüldü, şəhər isə Səfəvilər dövlətinin tərkibinə daxil oldu.

Məşhur Şəki bazarlarında taxıl, döymə qab-qacaq və zinət əşyaları ilə qızğın ticarət gedirdi. Şəki ipəyi müxtəlif növlü idi - yumşaq və qeyri-şəffaf, incə və işıq keçirən, tutqun və ya qızılla tikilmiş... bu şəhərin sənətkarları Böyük İpək Yolu boyunca ticarətin inkişafına böyük töhfə veriblər. Şəki bütün Qafqazın ipəkçilik mərkəzi idi. 1860-cı ildə Nuxa (Şəki) quberniyasında 62 min 239 pud ipək istehsal olunurdu. 1861-ci ildə burada ilk ipəkəyirmə fabriki tikildi - dünyanın ən iri fabriklərindən biri. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi qızıl medala layiq görüldü.

Şəki məşhur filosof, yazıçı, maarifçi MİRZƏ FƏTƏLİ AXUNDOVLA fəxr edir. Burada, bu şəhərdə M.F.Axundovun və Sabit Rəhmanın EV-MUZEYLƏRİ qorunub saxlanılıb. ŞƏKİ XANLARININ SARAYI xalq memarlığının (ağac və gəc üzərində oyma) Şərq saray memarlığı ənənələri (lak və divar rəsmləri) ilə nadir birləşmə nümunəsidir.

AŞAĞI və YUXARI KARVANSARALAR (XVIII əsr) öz ölçüləri ilə orta əsrlərdə mövcud olmuş ticarətin miqyasından xəbər verir.

Şəkidən bir qədər aralıda, Kiş çayının qərb sahilində qədim "GƏLƏRSƏN-GÖRƏRSƏN" ("Gələrsən, özün görərsən") qalasının xarabalıqları qalıb - adı onu göstərir ki, qalanın müdafiəçiləri onun alınmazlığına və düşməni buraxmamaq qətiyyətlərinə əmin idilər. Lev Tolstoy özünün "Hacı Murad" povestində bu qalanı qəhrəmanlarının hadisə yerinə çevirib. Burada A.Düma və Kempfer olublar, N.Rayevski məktublarında yazırdı: "Düşərgəmiz nar, yulğun, çinar meşəsindədir... Nuxa əsrarəngizdir". 1805-ci ildə Şəki xanlığı Rusiyanın tərkibinə daxil oldu və xanlıq kimi mövcudluğunu dayandırdı. 1819-cu ildə Şəki artıq çar komendantı tərəfindən idarə olunurdu, çar fərmanı ilə isə Nuxa quberniyası yaradıldı.

Bu şəhərin digər cəlbedici mədəni obyektləri Sabit Rəhman adına Dram Teatrı, Dekorativ-Tətbiqi Sənət Muzeyi, həmçinin Rəsm Qalereyasıdır.

Şəkinin ətrafında erkən orta əsr memarlığının çoxlu abidələri qorunub saxlanılıb: bunlar Qafqaz Albaniyası dövrünə aid qalalar, gözətçi qüllələri, kilsələr və monastır xarabalıqlarıdır. Onların arasında ən maraqlıları BİDEYİZ, BAŞ KÜNGÜT, ORTA ZEYZİT kəndlərindəki abidələr və, əlbəttə ki, Müqəddəs Yeliseyin ucaltdığı və MDB ərazisində ən qədim xristian tikilisi hesab olunan KİŞ kəndindəki kilsədir (II-IV əsrlər). Hazırda kilsə bərpa olunaraq muzeyə çevrilib.

Şəki sakinləri bu gün də özünəməxsus ənənələrini və qədim sənətkarlıq biliklərini itirməyiblər. İpək "kəlağayı" yaylıqları hətta Orta Asiya ölkələrinə aparılır və orada yerli ustalar tərəfindən ipək üzərində rəsm üçün istifadə olunur; burada xüsusi, Şəki naxışlı taxta sandıqçalar hazırlanır; yerli zərgərlər forması qədim zamanlardan bəri az dəyişmiş zinət əşyaları düzəldirlər. Şəkidə əvvəllər əsasən kişilərin məşğul olduğu TƏKƏLDÜZ tikmə sənəti (tambur tikişi), papaq və musiqi alətlərinin hazırlanması, həmçinin ŞƏBƏKƏ (adətən pəncərə və qapı yerlərində istifadə olunan, rəngli şüşə parçaları yerləşdirilmiş naxışlı taxta şəbəkələr) yüksək inkişaf edib.

Şəkinin özünəməxsus mədəniyyətinə Azərbaycanda analoqu olmayan orijinal mətbəx də daxildir - bunlar düyü unundan hazırlanmış nazik doğranmış xəmirdən naxışlı hörgüdən ibarət qeyri-adi Şəki şirniyyatlarıdır.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.