Şimal marşrutu: Xaçmaz
9 047XAÇMAZ RAYONU Samur-Dəvəçi ovalığının bir hissəsini tutur və Azərbaycanın şimal-şərqində yerləşir. Şimaldan Rusiya ilə həmsərhəddir. Ərazisindən magistral şosse yolları və dəmir yolu (Bakı-Moskva) keçir. Bu rayonun iqlimi mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Buna baxmayaraq, burada ərazinin 20 ha-dan çoxu meşələrlə örtülüdür, bir neçə çay axır, üç süni göl, o cümlədən termal və mineral olmaqla çoxlu bulaq suyu mənbəyi var.
Burada, Dağıstanla sərhəddə, vaxtilə işğalçıların - skiflərin, alanların, hunların keçdiyi yol olub. Məhz bunun üçün Xəzəryanı müdafiə istehkamları - indiki Xaçmaz rayonunun ərazisinə qədər uzanan qüllələri olan möhkəmləndirilmiş divarlar tikilirdi. Qədim qala-şəhərlərdən biri - XUDAT ("Allahın hədiyyəsi") 18-ci əsrin əvvəllərində Quba xanlığının paytaxtı olub. Burada, Xudat şəhəri ərazisində içməli olan böyük yeraltı su ehtiyatı var. Yerli ŞOLLAR kəndindən 1914-cü ildə Bakıya su kəməri çəkilib.
Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid yaşayış məskənlərinin izləri aşkar edilib. Alimlər "Xaçmaz" toponimini gəlmə hun tayfaları - sonradan yerli əhali tərəfindən assimilyasiya olunmuş XAÇMATAKLAR və ya XAÇMATLAR ilə əlaqələndirirlər. Maraqlıdır ki, bu tayfalardan biri Xaçmaz rayonunun ərazisindən Oğuz rayonuna köçüb və orada da eyniadlı kənd, sonralar isə XAÇMAZ qalasını salıblar.
Bütün regionda təxminən 60 tarix və mədəniyyət abidəsi qorunub saxlanılıb, lakin arxeoloqlar hesab edirlər ki, onlar daha çox olmalıdır, çünki bu region ən qədim zamanlardan sıx məskunlaşıb. MOLLABÜRHAN, HÜLOVLU, QARACIQ, HƏSƏNQALA kəndlərinin yaxınlığında tunc dövrünə aid yaşayış məskənləri və kurqanlar; CANAXIR və BOSTANÇI kəndləri yaxınlığında orta əsr yaşayış məskənləri aşkar edilib. ŞIXLAR kəndində sonralar - 16-17-ci əsrlərdə geniş yayılmış memarlıq türbə komplekslərinin meydana gəlməsinin erkən dövrünə aid olan ŞEYX YUSİF MƏSCİDİ (15-ci əsr) var. MORUQ OBA, TAĞAR OBA, UZUN OBA kəndlərində 19-cu əsrə aid MƏSCİDLƏR, QARAQURTLU kəndində MƏSCİD və MƏDRƏSƏ (15-ci əsr) qorunub saxlanılıb.
XAÇMAZ ŞƏHƏRİ - Xaçmaz rayonunun inzibati mərkəzi, Bakıdan uzaqlığı - 157 km., əhalisi - 148400 nəfər. Ənənəvi sənətkarlıq sahələrindən burada ən çox xalçaçılıq inkişaf etdiyi üçün yerli Liseydə xüsusi fakültə təşkil edilib. Şəhərin qonaqları gənc ustaların mahir barmaqlarının yüz illər boyu nəsildən-nəslə ötürülən sehrli xalça naxışlarını necə toxuduğunu görmək üçün tez-tez bura gəlirlər.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.