Qərb marşrutu: Yevlax
10 030Rayonun əhalisi - 110700 nəfər; rayon mərkəzi - Yevlax şəhəri - 52900 nəfər.
YEVLAX RAYONU Kür çayının sağ sahilində yerləşir və xalq arasında ənənəvi olaraq GƏNCƏBASAR adlanan, yəni keçmiş Gəncə xanlığının ərazisi olan bölgənin şəhərlərindən biridir. Gəncəbasara Azərbaycanın təkcə ümumi tarixə malik olan deyil, həm də oxşar iqlim və coğrafi şəraitlə birləşən bir neçə rayonu daxildir.
YEVLAX ŞƏHƏRİ - Yevlax rayonunun inzibati mərkəzidir, Bakıdan uzaqlığı - 287 km. Yevlax öz mövqeyi ilə diqqəti cəlb edir - buradan Mingəçevir, Şəki, Balakən, Gəncə, Xankəndi şəhərlərinə ayrılan bir çox yolların kəsişməsində yerləşir. Təsadüfi deyil ki, 12-ci əsrin yazılı mənbələrində Yevlax "Qarabağın Qapısı" adlandırılıb. Bu "qapıdan" təkcə karvanlar və səyyahlar keçmir, həm də alp çəmənliklərində yerləşən yay otlaqlarına - yaylaqlara qoyun sürüləri aparılırdı.
Əgər Yevlax-Balakən qatarına minsəniz, səfərin məqsədi və hərəkət sürəti arxa plana keçir: keçəcəyiniz yerlər o qədər gözəldir ki, "stop-kran"ı basıb vaqondan düşmək və qədim zamanlarda olduğu kimi yolu piyada və ya atla davam etdirmək istəyəcəksiniz. Bizim marşrutumuz isə bu "Qarabağın Qapısı"ndan Gəncəbasara uzanır.
Yevlaxda, Qaraməmmədli, Qaramanlı, Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilib.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.