Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Xanlar

10 453
S sazan · 25 fevral 2008 əlavə edildi

Rayonun əhalisi - 54400 nəfər; rayon mərkəzi, - Xanlar şəhəri - 17600 nəfər.

XANLAR RAYONU Kiçik Qafqaz dağlarının ətəyində, Gəncədən cənubda yerləşir. Bu, kənd təsərrüfatı inkişaf etmiş, çox mənzərəli bir bölgədir. İqlimi mülayim-istidir, burada quşların yuva saldığı çoxlu yer var. Gəncəçay və Quşqara çayları balıq ovu və ov üçün gözəl yerlərdir. Rayonun ən yüksək nöqtəsi - dəniz səviyyəsindən 3724 m - Murovdağ silsiləsinin dağıdır. Bu rayon turistlər və ekoturistlər arasında çox populyardır. Onlar ətraf kəndlərdə yerli sakinlərin evlərində qalırlar.

XANLAR şəhəri Xanlar rayonunun inzibati mərkəzidir. Bakıdan məsafəsi - 384 km.

Xanlar 19-cu əsrdə qədim Xanıqlar kəndinin yerində alman köçkünləri tərəfindən salınıb. Onlar özlərinə xas səliqə ilə şəhəri dəqiq planlaşdırıb və 1819-cu ildə onu Yelenendorf adlandırıblar. Onların varlığını bu gün də düz küçələr, oyma fasadlı taxta evlər, kirxa (lüteran kilsəsi) xatırladır. SSRİ dövründə yerli almanlar Stalinin göstərişi ilə Orta Asiyaya sürgün edilib.

Burada tarix muzeyi, musiqi məktəbi, kinoteatr, çoxlu kafe və restoran var. Bu, turistlərin müxtəlif turist marşrutları üzrə yürüşlərə yola düşdüyü sakit, yaşıl bir şəhərdir. Şəhərin qədim tarixindən tunc və dəmir dövrünə aid arxeoloji tapıntılar xəbər verir. Xanların özündə qorunub saxlanmış tarixi-memarlıq abidələri: 1854-cü ilə aid LÜTERAN KİLSƏSİ, Gəncəçay üzərində iki körpü - "İKİ GÖZLÜ KÖRPÜ" (16-cı əsr) və "ÜÇ GÖZLÜ KÖRPÜ" (1896-cı il). Xanlar ətrafındakı abidələr - ZURNABAD kəndində 12-ci əsrə aid QALA, SARI QAYA kəndində 16-cı əsrə aid TÜRBƏ, TOPALHƏSƏNLİ kəndində 12-ci əsrə aid "AĞ KÖRPÜ", həmçinin ÇAYKƏND kəndində bir sıra abidələr.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.