Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Tərtər

10 042
S sazan · 25 fevral 2008 əlavə edildi

Rayonun əhalisi - 94200 nəfər; rayon mərkəzi, - Tərtər şəhəri - 17900 nəfər.

Qarabağ - bərəkətli diyardır, Azərbaycanın ən qədim bölgələrindən biridir, burada vaxtilə mərkəzi Şuşa şəhəri olan məşhur Qarabağ xanlığı yerləşirdi. Diyar qədim tarixi-memarlıq abidələri ilə zəngindir, gözəl faunaya və floraya malikdir. Azərbaycan xalçasının parlaq, rəngarəng növlərindən biri - "Qarabağ" burada yaranıb, məşhur Qarabağ atları cinsi burada yetişdirilib. Belə təbiəti olan diyar Azərbaycan torpağına istedadlı şairlər, yazıçılar, musiqiçilər bəxş etməyə bilməzdi. Ən məşhur xanəndələr ? muğam (milli mahnı janrı) ifaçıları - Qarabağdandır, muğam melodiyaları isə Azərbaycan milli opera sənətinin əsasını təşkil edib. Təəssüf ki, Qarabağ hazırda erməni işğalçıları tərəfindən işğal olunub.

TƏRTƏR RAYONU şimaldan İncə ("Zərif") çayı ilə həmsərhəddir və Tərtər çayının aşağı axarında yerləşir. Qışda temperatur 2 dərəcə istidən aşağı düşmür, yayda isə nadir hallarda 25 dərəcədən yuxarı qalxır. Rayon ərazisində iqlim müxtəlifdir ? mülayim iqlimli ərazilər də var, ayrı-ayrı yarımsəhra bölgələri də. Məhz bu fərqlər diyarda köçəri qoyunçuluğu şərtləndirib. Rayon ərazisindən həmçinin Xaçınçay çayı axır.

Qədim dövrlərdə bu ərazi Azərbaycanın erkən dövlət qurumlarından biri olan Albaniya dövlətinin (Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası) bir hissəsi idi. Albanlar, digər azərbaycanlılar kimi, qədim dövrlərdə zərdüştilər idi, sonralar xristianlığı qəbul etdilər.

TƏRTƏR ŞƏHƏRİ - Tərtər rayonunun inzibati mərkəzidir. O, Tərtər çayının hər iki sahilində yerləşib. Bakıdan uzaqlığı - 332 km. Heyvandarlıq və kənd təsərrüfatından başqa, burada həmçinin qədim sənətkarlıqla - xalçaçılıq, toxuculuq və tikmə ilə məşğul olurlar. Şəhər qədim karvan yolu üzərində yerləşir, onun tarixi adı - Çaparxanadır. Yaxınlıqda bir sıra memarlıq obyektləri var: Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.