Qərb marşrutu: Şəmkir
10 797Rayonun əhalisi - 178400 nəfər; rayon mərkəzi, Şəmkir şəhəri - 36100 nəfər.
ŞƏMKİR RAYONUNDA tunc və erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyekt var. Onlar ÇƏNLİBEL, SEYİDLƏR, QARACAMIRLI kəndlərində aşkar edilib. Orta əsrlər dövrünə aid bir sıra memarlıq tarixi abidələri də var: TATARLI və AŞAĞI SEYFƏLİ kəndlərində qalalar; TEXNƏLİ kəndində və ZƏYƏM çayı üzərində körpülər; YUXARI ÇAYKƏND, GÜNƏŞLİ, DAĞ CEYRAN kəndlərində xristian kilsələri.
Burada balıq ovu həvəskarları üçün də yaxşı yerlər var - KÜR çayı üzərindəki YENİKƏND bəndi.
ŞƏMKİR ŞƏHƏRİ - rayonun inzibati mərkəzidir, Gəncə şəhərindən bir saatlıq yoldadır, Bakıdan uzaqlığı - 417 km.
19-cu əsrdə burada kiçik alman köçkün koloniyası - ANNENFELD yaşayırdı. Xanlarda olduğu kimi, onlardan da bir neçə ideal düz küçə və lüteran kilsəsi qalıb.
Yazılı və arxeoloji mənbələrə görə, şəhər 5-6-cı əsrdə, indiki MUXTARİYYƏT kəndindən bir qədər aralıda, BÖYÜK ŞƏMKİR çayının sahilində, müasir Şəmkirdən 20 km. aralıda salınıb.
Orta əsrlər dövründə şəhər ŞƏMKUR adlanırdı, orada 8 qülləli feodal qəsri var idi. Şəmkurun sərvəti təkcə tacirləri deyil, işğalçıları da cəlb edirdi. Mövcud olduğu müddətdə şəhər, Azərbaycanın bir çox qədim şəhərləri kimi, gah dağıdılır, gah bərpa olunur və çiçəklənmə dövrü yaşayırdı. Lakin növbəti dağıntıdan sonra qalan əhali buradan köçdü və yeni şəhər saldı.
Müasir Şəmkirin ətrafında 17-ci əsrə aid iki qədim qalanın - ŞƏMKİR QALA və KOROĞLU QALA qalıqları qorunub saxlanılıb (bu qalaya ad xalq dastanının qəhrəmanı, əsarətçilərə və zalımlara qarşı qəhrəmancasına müqavimətin milli simvoluna çevrilmiş Koroğlunun şərəfinə verilib). Bir çox alimlər Koroğlunun tarixi, real şəxsiyyət olduğu fikrinə meyl edirlər. Lakin onun əsl qalası olan Çənlibelin yeri dəqiq müəyyən edilməyib.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.