Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Naftalan

10 776
S sazan · 25 fevral 2008 əlavə edildi

Goranboy şəhərindən (rayon mərkəzi) bir qədər aralıda kiçik NAFTALAN ŞƏHƏRİ yerləşir. Əhalisi - 6500 nəfər.

Bu, sanatoriya və pansionatları olan kurort şəhəridir, burada xəstələri naftalan nefti və onun əsasında hazırlanmış məlhəmlərlə müalicə edirlər.

Naftalan yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, qaraciyərin, oynaqların və dayaq-hərəkət aparatının oynaqətrafı yumşaq toxumalarının müalicəsi üçün yaxşı vasitədir.

Şəhər eyni adlı kiçik bir kəndin yerində salınıb. Bu ad isə Azərbaycan ərazisindəki dövlət qurumlarından biri olan qədim Midiyanın dilində "axan, sızan" mənasını verən NAFTA sözündən yaranıb. Hələ bir neçə min il əvvəl Azərbaycanda təkcə nefti deyil, naftalanı da tanıyır və ondan müxtəlif məqsədlərlə istifadə etməyi bacarırdılar. Təkcə yerli sakinlər deyil, Makedoniyalı İskəndərin döyüşçüləri, Roma legionerləri, Azərbaycana basqınlar edən vikinqlər, alanlar, xəzərlər və digər tayfaların nümayəndələri də yaralarını naftalanla müalicə edirdilər. Naftalan həm də ixrac məhsulu idi: onu karvan yolları ilə başqa ölkələrə - Kiyev Rusuna, Mərkəzi Asiyaya, Əfqanıstana, Hindistana, Fars körfəzi ölkələrinə aparırdılar. Məşhur orta əsr səyyahı Marko Polo naftalanı belə təsvir edir: "dəri xəstəliklərinə kömək edən sehrli məlhəm".

19-cu əsrdə Bakıda neft sənayesində bum başlayanda Azərbaycanda çoxlu avropalı - mühəndis, sənayeçi, bankir peyda oldu. 1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin naftalan haqqında danışdıqları ilə maraqlandı və Almaniyada "Naftalan" məlhəminin istehsalını qurdu. O, məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi. Görünür, Azərbaycan naftalanı əsasında məlhəm istehsal edən alman istehsalçıları yaxşı menecer idilər, çünki bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə olunmurdu: 1904-cü il Rus-Yapon müharibəsində yapon əsgərlərinin əsgəri dərman qutusunun dəstinə naftalan məlhəmi olan bankalar daxil idi və ilk yardım vasitəsi kimi istifadə olunurdu. Bankaların üzərində hətta belə bir yazı vardı: "Bu məlhəm kimdə varsa, o, yaralardan qorxmur".

Şərhlər (2)

L
leyla0911 25 avq 2008, 07:08

подскажите пожалйста номер телефона санатории в нафталане

Ж
Жанна 26 sen 2008, 20:46

Немецкий инженер Егер, а не Ягер.