Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Gədəbəy

10 687
S sazan · 25 fevral 2008 əlavə edildi

Rayonun əhalisi - 89300 nəfər; rayon mərkəzi, Gədəbəy şəhəri - 8500 nəfər.

GƏDƏBƏY RAYONU Kiçik Qafqaz dağlarında, yüksək dağlıq ərazini (Qoşabulaq - 3549 m. və Göycədağ - 3317 m. zirvələri) və orta yüksəklikli dağları əhatə edərək yerləşir. Dəniz səviyyəsindən yüksəkliklərin fərqi müxtəlif iqlim şəraiti də yaradır - dağ tundrası iqlimi yayı isti keçən quru iqlimə keçir. Bakıdan məsafə - 462 km.

Gədəbəyə həm Şəmkirdən, həm də Tovuzdan, Qovlar stansiyasından getmək olar. Lakin Tovuz yolu mənzərəli olsa da, minik avtomobilləri üçün keçilməzdir: burada yolsuzluq avtomobili lazımdır.

Gədəbəy rayonu ərazisində Şəmkir çayında balıq ovu üçün yaxşı şərait var, Qalakənd kəndi yaxınlığında balıqçılıq təsərrüfatı yerləşir. Gədəbəy rayonunun flora və faunası zəngin və müxtəlifdir, - ərazisində "QIZILCA" yasaqlığı yerləşir. Həmçinin "Azərbaycanın təbiət abidələri" dövlət siyahısına daxil olan bir neçə təbiət obyekti - ŞAMLIQ, QAMIŞ, GƏDƏKDƏRƏ, QOVDU meşə massivləri. Burada KEÇİ-KEÇİ, CÜYÜR, AYI, CARQA bulaqları çağlayır, NARZAN, QIZILCA, MORMOR, CALDAŞ mineral su mənbələri var.

Burada Azərbaycan tarixinə XOCALI-GƏDƏBƏY mədəniyyəti kimi daxil olmuş qədim mədəniyyət abidələri aşkar edilib. Tunc dövrünə aid siklop tikililəri, həmçinin "GƏDƏBƏY XƏZİNƏLƏRİ" adlanan tapıntılar tapılıb: məişət əşyaları, içində qiymətli daş-qaş olan qədim küplər, Şah Təhmasib hakimiyyəti dövrünə aid 16-cı əsr gümüş sikkələri - onlar Təbrizdən (indiki İran) Şirvan və Gəncəyədək regionda dövriyyədə olub.

Rayonda tarixi-memarlıq tikililərindən TAĞLI KÖRPÜ (19-cu əsr); QALA kəndində qala (16-cı əsr), SÖYÜDLÜ kəndində QIZ QALASI (və ya NAMƏRD QALA - 9-cu əsr) qalası qalıb; NOVOSARATOVKA, SÖYÜDLÜ, ÇANAXÇI və KİLVİ kəndlərində erkən orta əsrlərə aid xristian məbədləri var.

SARATOVKA kəndində rus staroverləri - duxoborlar yaşayır. Onlar bu günədək öz maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlayıblar.

Regionda sənətkarlıqdan ağac üzərində oyma, xalçaçılıq, kobud, parlaq rənglənmiş yun saplardan corab və əlcək toxunması, qoyun dərisinin emalı inkişaf edib.

Azərbaycan ərazisi bəzi tanınmış qərb sahibkarlarının diqqət mərkəzində olub. Məsələn, Bakı nefti hesabına sərvət qazanmış NOBEL qardaşları. Həmçinin 19-cu əsrin sonunda Gədəbəydə iki mis əritmə zavodu tikmiş alman "SİMENS" firması. Bu zavod çar Rusiyasına əridilən bütün misin dörddə birini verirdi. Simens qardaşları bu qeyri-adi diyarın tarixi ilə yaxından maraqlanır, bu regionda arxeoloji qazıntılar təşkil etmişdilər, onların nəticələri əsasında "QALAKƏND" elmi əsəri yazılıb. Şəhər mərkəzində yerləşən mehmanxanada qala bilərsiniz.

Şərhlər (3)

А
аяз 15 iyn 2008, 11:37

истар апрелда гял,истар майда гял. тапарсан гузейда гар гедабайда.

А
аяз 12 yan 2009, 14:37

на hазиндир,на ковракдир, hам арзудур,hам дилакдир. гедабайда дуз,чоракдир. суфралара баш сарытел.

А
аяз 12 yan 2009, 14:40

на hазиндир,на ковракдир, hам арзудур,hам дилакдир. гедабайда дуз,чоракдир. суфралара баш сарытел. -------------------------------------- йена ядма душуб манда дейирам. душмана бир дардир гедабайлилар. бир гарыш торпагы яда вермайиб. игиддир.чох марддир гедабайлилар.