Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Daşkəsən

9 920
S sazan · 25 fevral 2008 əlavə edildi

Rayonun əhalisi - 31400 nəfər; rayon mərkəzi, - Daşkəsən şəhəri - 9400 nəfər.

DAŞKƏSƏN rayonu Azərbaycanın dağ-mədən hasilatı mərkəzidir və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşir. Burada temperatur fərqləri böyük ola bilər: qışda mənfi 20 dərəcəyədək, bu da Azərbaycan üçün, ümumiyyətlə, xarakterik deyil, yayda isə yarımsəhra zonasında yerləşən Abşeronda olduğu kimi 35 dərəcə isti ola bilər. Təmiz hava, alp çəmənlikləri və bulaqları olan dağ yaylaqları buraya turistləri və istirahət edənləri cəlb edir.

Xoşbulaq, Zağalı, Qurbulaq, Əmirvar, Bayan, Dardərə kəndlərinin ərazisində arxeoloqlar daş dövrünə aid qədim yaşayış məskənlərinin qalıqlarını aşkar ediblər. QUŞQARA çayı üzərindəki iki qədim daş körpü və Əhmədli kəndindəki türbə günümüzədək qorunub saxlanmış tarixi-memarlıq abidələridir. Quşçu kəndində 487-ci ilə aid monastır qorunub saxlanıb. Bayan kəndində 15-ci əsrə aid xristian məbədinin xarabalıqlarını görmək olar.

DAŞKƏSƏN ŞƏHƏRİ - rayonun inzibati mərkəzidir. Bakıdan uzaqlığı - 397 km. Şəhərin adı "daşkəsən" kimi tərcümə olunur, - bölgə qədimdən daşyonanları, daş və ağac üzərində oyma ustaları ilə məşhurdur. Xalq sənətlərindən hazırda xalçaçılıq və corab toxuculuğu inkişaf edib.

Burada kiçik restoranlarda milli mətbəx yeməkləri təklif olunur. Kababxanalarda (şişlikxanalarda) təkcə təzə ətdən hazırlanmış dadlı milli yeməklərdən dadmaq deyil, həm də aşıqların (xalq improvizator müğənnilərinin) ifasında xalq musiqisinə qulaq asmaq olar.

Daşkəsən balı respublikada ən yaxşılarından biri sayılır. Bura, Xoşbulaq kəndi ərazisinə yaxınlıqdakı Gəncə şəhərinin sakinləri istirahətə gəlməyi sevirlər.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.