Cənub marşrutu: Biləsuvar
8 816Rayonun əhalisi - 78900 nəfər; rayon mərkəzi, Biləsuvar şəhəri - 18 min nəfər.
BİLƏSUVAR rayonu qərbdə İranla həmsərhəddir. Buranın iqlimi yarımsəhra və quru çöllərin iqlimidir, yayı quraq keçir, - iqlim xüsusiyyətləri burada pambıqçılığın, taxılçılığın, heyvandarlığın inkişafına şərait yaradıb. Versiyalardan birinə görə, bu rayonun adı su axtarışı ilə bağlıdır, - "burada su var", digərinə görə isə səhra ərazisində su tapmağı bacaran ustaların olması ilə - "harada su olduğunu bilənlər".
Çoxsaylı arxeoloji tapıntıların və memarlıq abidələrinin qalıqlarının sübut etdiyi kimi, qədim zamanlardan məskunlaşmış bütün Azərbaycan ərazisində olduğu kimi, burada da regionun qədim tarixini abidələr xatırladır: ÇİL AĞDAM, İÇƏRİ AĞDAM, TORAĞAY şəhər yerləri (antik dövr və erkən orta əsrlər). Bu arxeoloji obyektlərin əksəriyyəti, təəssüf ki, hələ də öyrənilməyib.
BİLƏSUVAR - Bakıdan 182 km aralı yerləşən kiçik şəhərdir. Burada mehmanxanada, qonaq evində qalmaq olar...
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.