Zaqatala Dövlət Təbiət Qoruğu Gürcüstanın Laqodexi qoruğu ilə birləşdiriləcək
9 078
Zaqatala Dövlət Təbiət Qoruğu (DTQ) Gürcüstanın Laqodexi qoruğu ilə birləşdiriləcək. Bu barədə DTQ-nin rəisi Hacı Çaxıyev məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə artıq böyük işlər görülüb, hazırda qoruğun yeni xəritəsi hazırlanır və bu xəritədə Zaqatala qoruğunun ərazisi 7500 hektar genişlənərək 31 000 hektara çatıb. Zaqatala qoruğunun ərazisinin Balakən meşə təsərrüfatının torpaqları hesabına 7500 hektar artdığını qeyd edən H.Çaxıyev vurğulayıb ki, genişlənmə nəticəsində Zaqatala DTQ Gürcüstanın Laqodexi qoruğu ilə birləşdiriləcək. Yeni qoruğun mühafizəsi hər iki dövlət tərəfindən nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə yaradılıb, gələn il qoruğun 80 illik yubileyi qeyd olunacaq.
Mənbə: APA
azecology.org
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.