Xəzərdə süni riflər
12 640Süni riflər Xəzəri təmizləməyə kömək edəcəkmi?
Azərbaycanlı alim bu layihənin dənizin Rusiya sektorunda səmərəliliyinin sübutlarını gözləməyi təklif edir
Cümə axşamı, 23.12.2010
R.Orucov
şrift ölçüsü
Rusiya
KİV-ləri xəbər verir ki, Xəzər dənizinin onların sektorunda sualtı mühitin bioloji
müxtəlifliyini artırmaq üsulu kimi süni riflərin
yaradılmasına əl atmaq qərara alınıb. Xəzər dənizinin faunası o qədər də
zəngin olmayan Rusiya hissəsində xüsusi biostansiyalar quraşdırılır, onlara
müxtəlif növ balıqlar axışıb gəlir. Bu layihə ilə artıq
Qazaxıstan tərəfi də maraqlanıb.
Şimali Xəzərin dibi boş görünür.
Lakin alimlər düzəliş edirlər: o, yalnız ilk baxışdan cansız görünür.
Əlbəttə, Xəzərin biomüxtəlifliyini Qara dənizin, xüsusilə də Qırmızı dənizin zəngin sualtı
faunası ilə müqayisə etmək olmaz, amma həyat var. Onu
süni riflərin quraşdırıldığı ərazilərdə görmək mümkündür.
Sualtı
dünyanın videosunu alim-okeanoloq Vladimir Uşivtsev çəkib. Həmkarları onun haqqında
deyirlər ki, o, təkcə bütün Həştərxan regionunda deyil, hətta bütün
Xəzəryanı ölkələr arasında ən yaxşı sualtı operatordur. O,
dünya okeanının məşhur fransız tədqiqatçısı Jak-İv Kusto ilə
işləyib. Vladimir Uşivtsev Xəzər dənizinin problemləri ilə
30 ildən artıqdır ki, məşğul olur. İlk süni rifləri o və həmkarları
dörd il əvvəl Şimali Xəzərin müxtəlif dərinliklərində quraşdırıblar.
Bu
konstruksiyalara həm də biostansiyalar deyilir. Onlar deşikləri olan adi
betondan hazırlanıb və içərisi noxud, darı və digər yemlə doldurulub. Balıq
onu hiss edir və yemə gəlir. Burada artıq çəkməkələ,
siyənək, xul və digər balıq növləri kökəlməyə başlayıb. Alimlər bunu uğur adlandırırlar, eləcə də
ekspedisiyaların birində aşkar etdiklərini: riflərə kiçik
nərələr gəlib.
Nərə dalğıcın deyil, "gnom"un – robot-aparatın kamerasının obyektivinə düşüb. Bu, RAN Okeanologiya İnstitutunun rusiyalı alimlərinin işləməsidir.
REKLAM<a
href='http://www.adsahil.com/ads/www/delivery/ck.php?n=a80a5678&amp;cb=INSERT_RANDOM_NUMBER_HERE'
target='_blank'><img
src='http://www.adsahil.com/ads/www/delivery/avw.php?zoneid=109&amp;cb=INSERT_RANDOM_NUMBER_HERE&amp;n=a80a5678'
border='0' alt='' /></a>
"Gnom"
300 metrədək dərinlikdə, güclü axın şəraitində, yəni
insanın gücü çatmayan şəraitdə işləyə bilir. O, bu
beton konstruksiyaların tədqiqində kömək edir.
"Müxtəlif qiymətləndirmə aparmaq çətindir, çünki
dalğıc üzüb yaxınlaşır, requlyatorlardan (aparatdan) nəfəs verir. Bu aparat isə
üzüb yaxınlaşıb yerində donub qalmaq imkanına malikdir", - deyə RAN Okeanologiya İnstitutunun Xəzər filialının
baş mütəxəssisi Dmitri Yermakov bildirir.
"Gnom"
neft borularının keçdiyi, quyuların yerləşdiyi əraziləri də tədqiq edir.
Robotun alimlərə verdiyi məlumatlar əvəzsizdir. Axı dənizin Rusiya sektorundan
artıq neft çıxarılır və beləliklə mütəxəssislər Xəzər mühitinin
buna necə reaksiya verdiyini izləyirlər. Əgər neft ora düşərsə, biostansiyalar
daha bir vəzifəsini yerinə yetirəcək – çirklənmə ərazisini təmizləyəcək. "Bu heyvanlar
neft məhsullarını hopdurur, mikroblar isə onu parçalayır", - deyə elmi
rəhbər, RAN Okeanologiya İnstitutunun Xəzər filialının direktoru
Vladimir Uşivtsev danışır.
Bu gün süni riflərin sayı 15-dir. Şimali Xəzərdə
"LUKoyl" şirkətinin quyularının sayı da düz bu qədərdir. Neftçilər
alimlərin layihəsinə sponsorluq edirlər.
"Xəzər iqtisadi zonalara bölünüb:
Rusiyaya kifayət qədər kiçik zona düşüb. Hazırda Yuri Korçagin və Filanovski
yataqlarının işlənməsi aparılır, biz də burada işləyirik", -
deyə Vladimir Uşivtsev bildirir. RAN Okeanologiya İnstitutunun Xəzər
filialının elmi katibi Sergey Kotenkov xatırladır: "Biz
neft məhsullarının transsərhəd daşınmasını unuduruq. Xəzərin səviyyəsinin qalxması ilə 1500
quyu su altında qalıb. Hər il onlarda
hermetikliyin pozulması baş verir".
Alimlər deyirlər ki, dənizin biostansiyalar vasitəsilə
təmizlənməsi barədə ilk növbədə Qazaxıstan tərəfi düşünməlidir. Və
Xəzəryanı qonşu artıq rusiyalı alimlərin layihəsinə maraq göstərib.
Rusiyalılar hesab edirlər ki, onları həm də İran və Azərbaycanın
elmi-tədqiqat institutları ilə iş gözləyir.
Əlbəttə,
belə bir təşəbbüsə Bakıda necə yanaşıldığını öyrənmək maraqlıdır. Xoşbəxtlikdən
məlum oldu ki, Xəzərdə süni riflərin rusiyalı yaradıcısı ilə
bu yaxınlarda AR Milli Elmlər Akademiyası Coğrafiya Elmi-Tədqiqat İnstitutunun
Xəzər Problemləri Mərkəzinin direktoru Ramiz Məmmədov görüşüb. Alim bu barədə
"Zerkalo" ona V.Uşivtsevin işləməsinin Xəzərin Azərbaycan sektorunda
tətbiqinin məqsədəuyğunluğu ilə bağlı şərh üçün müraciət edəndə məlumat verib.
"Məsələ burasındadır ki,
noyabrda mən Həştərxanda Rusiya Hidrometeorologiya Mərkəzinin nəzdindəki
Xəzər Elmi-Tədqiqat Mərkəzinin təşkil etdiyi beynəlxalq konfransa
sədrlik edirdim. Elə orada cənab Uşivtsev mənə yaxınlaşdı. O, mənə
yaratdığı süni riflər haqqında məlumat olan sənədləri verdi və bizə
əməkdaşlıq təklif etdi, - deyə
R.Məmmədov danışıb. - Lakin hələlik deyə bilmərəm ki, bu
layihə praktikada özünü doğruldacaqmı. Bunu hələ gözləmək lazımdır. Bundan əlavə,
müəllifin arqumentlərini diqqətlə dinləmək lazımdır, konfransda ona
ətraflı məruzə ilə çıxış etmək imkanı verilmədi. Amma ümumiyyətlə hesab edirəm ki,
dənizin dib sahələrinin neft məhsulları ilə çirklənmədən çoxalan bakteriyalar
vasitəsilə təmizlənməsi ideyası hələ ki bir növ yarıfantastika,
yarıxəyal sayılır".
Coğrafiya İnstitutunun nümayəndəsinin sözlərinə görə, məsələ burasındadır ki, bakteriyalar
neft sızmalarını təmiz halda deyil, neft başqa
məhsullarla qarışanda yeyir, emal edir. "Yəni məsələ
kifayət qədər mübahisəlidir. Layihənin uğuruna o qədər də inanmıram, amma qəti və
qətiyyətlə "yox" da deyə bilmərəm.
Şərhlər (1)
статья взята из газеты Зеркало. Молодцы!!! Вот бы нашим ученым додуматся до этого.