Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 08.11.2010

Azərbaycan Ekologiya Nazirliyi Xəzər sularında zərərli bioloji növə qarşı mübarizənin nəticələrini açıqlayıb

15 122
A alex · 08 noyabr 2010 əlavə edildi

Xəzər dənizinə Volqa-Don su arteriyasından düşmüş və su hövzəsinin biosferinə mənfi təsir göstərən zərərli bioloji növ olan mnemiopsisin sayının azaldılması üçün görülmüş tədbirlər ilk nəticələrini verib.

Bu barədə Trend Life-a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.Mnemiopsis - isti bölgələrdə dəniz suyunda yaşayan və meduzanı xatırladan daraqlı, yan tərəflərində yerləşən avar lövhələrinin köməyi ilə hərəkət edir. Yırtıcı fitoplanktonla qidalanır. İşıqda parlaq rənglərlə bərq vurur.


Ekologiya Nazirliyinin məlumatına görə, son üç ildə bu bioloji növə qarşı mübarizə üzrə görülmüş tədbirlər nəticəsində Xəzərin şimal hissəsində vəziyyət sabitləşib, dənizin orta hissəsində də müsbət proseslər müşahidə olunur. Analoji nəticələr su hövzəsinin cənub hissəsində də gözlənilir.


Atlantik okeanında Amerika sahillərində yaşayan mnemiopsis növü 1987-ci ildə Qara dənizin sularına düşüb, daha sonra bu növ Azov dənizinə də keçib, 1999-cu ildə isə Volqa-Don arteriyası vasitəsilə Xəzər dənizinə yol tapıb.


Ekologiya Nazirliyinin məlumatına görə, zərərli bioloji növ mnemiopsis kilkənin əsas qidası olan zooplanktonun azalmasına səbəb olub, bu da sonradan dənizdə kilkənin sayını 60 faiz azaldıb. Öz növbəsində, kilkənin sayının azalması Xəzərdə yaşayan iri balıqların və dəniz pişiklərinin sayının azalmasına da təsir edib, deyə qurumdan bildiriblər.

Şərhlər (2)

A
angler 10 noy 2010, 13:31

Самое интересное в этом сообщении "наличие" морского котика в Каспийском море....век живи, век учись...))))

B
baligci 08 iyn 2014, 16:22

дааа, приходится только удивляться уровни знания у наших "экологов"

Material haqqında

Növ Xəbərlər
Müəllif alex
Tarix 08.11.2010
Baxış 15 122