Balığın tilova getməsinin hava şəraitindən asılılığı
12 005Bütün qaydalarda olduğu kimi, burada da istisnalar var: qeyri-sabit atmosfer təzyiqi xanı balığının əla ovlanmasına şərait yaradır. Həmçinin, tufandan qabaq, təxminən yarım saat əvvəl yaxşı tilova gəlmə müşahidə etmək olar. Çox vaxt balıqçılar tilova gəlməni hava şəraitinə əsasən proqnozlaşdırırlar. Şübhəsiz ki, uğur balıqçının təcrübəsindən və məharətindən, hansı ləvazimatı, yemi seçməsindən, yemləmədən istifadə edib-etməməsindən, balıq tutmaq üçün hansı yeri seçməsindən və s. asılıdır.
Atmosfer təzyiqində kəskin dəyişiklik olduqda, balıqların davranışında və qidalanmasında paralel dəyişikliklər baş verir. Yüksək təzyiq balıqlarda daha çox aktivliyə və iştahaya səbəb olur, təzyiq aşağı düşəndə isə iştaha itir və balıq az hərəkətli olur.
Aşağı temperatur soyuqsevən balıqların yaxşı tilova gəlməsinə şərait yaradır. Digər balıq növləri isə aktivliklərini azaldır və yüksək temperatura nisbətən daha süst olurlar. Çəkikimilərin nümayəndəsi 27-30 C temperatur rejimində aktiv tilova gəlir. Daha aşağı temperatur isə çəkinin tilova getmək istəyini tamamilə yox edir.
Balıqçılar aşağıdakı hava şəraitində yaxşı və pis tilova gəlməni qeyd edirlər: günlər isti, küləksiz, hava isə buludlu olduqda balıq yaxşı tilova gəlir. Həmçinin, uzunsürən pis havadan sonra yaxşı hava qərarlaşarsa, tilova gəlmə olacaq. Tufandan qabaq və ya qısamüddətli yağışdan sonra balıq da tilova gələcək, lakin yalnız bundan əvvəl hava həddindən artıq quru olubsa. Cənub küləyi, günəşli hava və ya suyun üzərində yüngül ləpələr yaranan zəif çiskinli yağış zamanı, həmçinin külək axına qarşı əsdikdə və ya uzunsürən pis hava gözlənildikdə.
Külək şimal, şərq və ya şimal-şərq istiqamətlərindən əsərsə, tilova gəlmə pis olacaq, suyun səviyyəsinin kəskin azalması və ya artması da balığın xoşuna gəlmir. Fırtınalı küləklər, leysan yağışları və çovğunlar, kəskin soyuqlaşma və ya əksinə, güclü istilik və quraqlıq balıqçı üçün yaxşı tilova gəlməni tamamilə aradan qaldırır.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.