Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 20.04.2008

Yol polisi Bakıda ekoloji reydlərə başlayıb

7 972
S sazan · 20 aprel 2008 əlavə edildi
Yol polisi Bakıda ekoloji reydlərə başlayıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti aprelin 15-dən mayın 15-dək Azərbaycanın paytaxtında ətraf mühitin mühafizəsi ilə bağlı birgə reydlər keçirəcək.
Bu barədə APA-ya BŞDYPİ-nin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Nəzərdə tutulur ki, reydlər zamanı xüsusi cihazların köməyi ilə işlənmiş qazlarında karbon-oksigen norması yüksək olan avtomobillər aşkar ediləcək.

Bu nəqliyyat vasitələrinin sürücüləri məsuliyyətə cəlb olunacaq: «Sürücülərdən xahiş edirik ki, avtomobillərinin texniki vəziyyətini yoxlasınlar».
day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.