Xəzər dənizi üzrə kruiz reysi açılacaq
8 846
2009-cu ilin yazında Rusiya tərəfi tarixdə ilk dəfə Xəzər dənizi üzrə kruiz reysi açmaq niyyətindədir.
Bu barədə Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) daxili turizmin inkişafı və dövlət turizm layihələri idarəsinin rəisi Gennadi Pilipenko bəyan edib.
Onun sözlərinə görə, kruiz Həştərxandan başlayacaq və yeddi gün ərzində turistlər həmçinin Dağıstan, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycanı ziyarət edə biləcəklər.
Onun sözlərinə görə, «Xəzər Kruiz Xətləri» gəmiçilik şirkətinə məxsus olan, 1974-cü ildə inşa edilmiş buzqıran tipli «Mariya Yermolova» teploxodu 216 turist qəbul etmək üçün nəzərdə tutulub.
«Xəzər üzrə ilk sınaq reysi hələ keçən ilin payızında uğurla keçib, 2009-cu ilin yazından isə ümid edirik ki, Xəzər dənizi üzrə kruiz müntəzəm olacaq. Dənizin əhatə etdiyi ölkələrdə ona maraq göstərilib, Qazaxıstandan olan iş adamları hətta teploxodu satın almağa cəhd ediblər», - deyə G.Pilipenko qeyd edib.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.