Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 15.04.2008

Xanlar şəhərinin adı dəyişdirilərək Göygöl olacaq

8 759
S sazan · 15 aprel 2008 əlavə edildi
Xanlar şəhərinin adı dəyişdirilərək Göygöl olacaq

Azərbaycan parlamentinin daimi toponimika komissiyası bu gün Xanların və Qobustan rayonunun Yekəxana kəndinin adlarının dəyişdirilməsi məsələsini müzakirə edib.
«Novosti-Azərbaycan»ın məlumatına görə, komissiya Yekəxana kəndinin adını Gədirli, Xanların adını isə Göygöl olaraq dəyişdirməyi təklif edib.

Qeyd edək ki, əvvəllər Milli Məclisin komissiyasında Xanlar şəhərinin adının dəyişdirilməsi məsələsinə baxıldıqdan sonra ictimaiyyətə Cavadxan adı təklif olunmuşdu, lakin Xanlar sakinləri Göygöl adında israr edirlər.

Mənbə: day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.