Vəhşi heyvanların reabilitasiyası Mərkəzinin yaradılmasının birinci mərhələsi başa çatıb
7 869
Altıağac Milli Parkının nəzdində Vəhşi heyvanların reabilitasiyası Mərkəzinin yaradılmasının birinci mərhələsi başa çatıb. Bu barədə heyvanların hüquqlarının müdafiəsi təşkilatının rəhbəri Azər Qarayev məlumat verib.
Bu mərkəzdə çətin vəziyyətə düşmüş vəhşi heyvanlar artıq baytarlıq və rentgen avadanlığı olan ixtisaslaşdırılmış klinikada reabilitasiya kursu keçirlər. Sonra onlar azadlığa buraxılır. Lakin onları müstəqil həyata buraxmazdan əvvəl Mərkəzdə bu heyvanların tam özlərinə gələ biləcəkləri vol'yerlər də olmalıdır. Lakin hələlik vol'yer yoxdur. Bu baxımdan onların tikintisini maliyyələşdirməyə razı olan donorlar axtarılır.
Xatırladaq ki, Vəhşi heyvanların reabilitasiyası Mərkəzinin yaradılması Ekologiya Nazirliyi ilə Heyvanların Müdafiəsi Təşkilatının birgə layihəsidir.
Mənbə: www.1news.az
Şərhlər (2)
одобряю. надо вести пропаганду и объяснить важность этого дела. но я против создания сишком многих запретных зон. Иначе людям просто нечего увидеть и ценить нечего.
одобряю. надо вести пропаганду и объяснить важность этого дела. но я против создания сишком многих запретных зон. Иначе людям просто нечего увидеть и ценить нечего.