«Turizm və səyahətlər» sərgisinə maraq hər il artır
7 799
[INTRO]Sabah Bakıda 7-ci Beynəlxalq «Turizm və səyahətlər» sərgisinin və 2-ci Beynəlxalq «Mehmanxana işi» sərgisinin açılışı olacaq.[/INTRO] Bu barədə bu gün mətbuat konfransında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev məlumat verib.
Onun sözlərinə görə, sərgiyə maraq hər il artır. Əgər birinci sərgidə 10 ölkədən təxminən 20 şirkət iştirak edirdisə, bu il sərgidə dünyanın 28 ölkəsindən 65 şirkət təmsil olunacaq.
Sərginin açılışı saat 11:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində olacaq. Tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda nümayəndəlikləri olan müxtəlif ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak edəcək.
Mənbə: 1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.