Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 25.09.2008

Sentyabrın sonunadək Azərbaycanda qeyri-sabit hava gözlənilir

7 328
S sazan · 25 sentyabr 2008 əlavə edildi
Sentyabrın sonunadək Azərbaycanda qeyri-sabit hava gözlənilir

Uzun müddət ölkə ərazisində yağmursuz mülayim havanın üstünlük təşkil etməsinə səbəb olan antisiklonun təsiri nəzərəçarpacaq dərəcədə azalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Aralıq dənizi rayonunda formalaşan siklon zonasının tədricən yaxınlaşması ilə əlaqədar sentyabrın 24-ü axşamdan sentyabrın 30-dək qeyri-sabit və buludlu hava üstünlük təşkil edəcək. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.

Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 20-24, mərkəzi düzən rayonlarda – 22-27, dağlarda – 12-17 dərəcə olacaq.
Sentyabrın 30-dək arabir yağış gözlənilir, bəzi rayonlarda, xüsusilə gecə və axşam saatlarında leysan mümkündür. Sentyabrın 25-də küləyin sürəti 15-20 m/s, bəzən 23-25 m/s olacaq. Sentyabrın 26-da külək sakitləşəcək. Sentyabrın 28-də günün ikinci yarısından başlayaraq şimal-qərb küləyi güclənəcək, sentyabrın 29-da axşamdan güclü cənub-qərb və qərb küləyi gözlənilir.

Intensiv yağışlarla əlaqədar çaylarda suyun səviyyəsinin qalxması istisna edilmir, bəzi dağ çaylarında isə qısamüddətli daşqınlar mümkündür.

www.apa.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.