Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 14.04.2008

Qazaxıstanda Xəzər sahilində 30-dan çox ölü suiti aşkar edilib

7 991
S sazan · 14 aprel 2008 əlavə edildi
Qazaxıstanda Xəzər sahilində 30-dan çox ölü suiti aşkar edilib

[INTRO]Qazaxıstanın neft-qaz şirkətinin işçiləri cümə axşamı axşam respublikanın Mangistau vilayətində Kalamkas neft yatağı yaxınlığında Xəzər dənizinin sahilində 32 ölü suiti aşkar ediblər. Bu barədə cümə günü Qazaxıstan FHN-in mətbuat xidməti məlumat verib.[/INTRO]

""Mangistaumunayqaz" SC-nin işçiləri cümə axşamı axşam "Kalamkas" yatağının suqoruyucu bəndinin sahilində sahilboyu zonanı gəzərkən 32 ölü suiti aşkar ediblər", - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, hadisənin şəraitinin araşdırılması ilə Vilayət Ətraf Mühitin Mühafizəsi İdarəsi və vilayətin FH departamenti məşğul olur.
Bu, Kalamkas yatağı ərazisində Xəzər suitilərinin kütləvi ölümünün ilk halı deyil. 2007-ci il martın 31-dən mayın 14-dək burada 928 ölü suiti aşkar edilmişdi. O zaman heyvanların ölümünün ən ehtimal olunan səbəbi ətyeyənlərin taunu hesab edilmişdi.
Ölü suitilərin cəsədlərində bu virusun olması iki institut - Bioloji Təhlükəsizlik Problemləri ETİ və Qazaxıstan Mikrobiologiya və Virusologiya İnstitutu tərəfindən aparılmış ekspertizalarla müəyyən edilib. Ölü heyvanlardan götürülmüş nümunələrdə A və B qrip virusu aşkar edilməyib, ağır metal duzlarının (mis, qurğuşun, kadmium, civə, sink) miqdarı normadadır. Ölü suitilərin aşkar edildiyi ərazidə aparılmış
tədqiqatlar fenolların, ağır metalların və neft məhsullarının artıq miqdarını aşkar etməyib. Nərəkimilərdən və çəkikimilərdən olan balıqların ölümü faktlarına rast gəlinməyib.
Suitilərin ən kütləvi ölümü 2000-ci ildə Xəzərin Qazaxıstan sahilində qeydə alınıb, o zaman təxminən 10,5 min fərd məhv olmuşdu. Mütəxəssislər onların ölümünün səbəbini xroniki toksikoz adlandırmışdılar. Bioloji xüsusiyyətlərinə görə bir neçə il ərzində heyvanların orqanizmində neft toksinləri və kənd təsərrüfatı pestisidləri toplanmış, bu səbəbdən suitilərin immuniteti kəskin zəifləmişdi.
Rəsmi rəy Dövlət Taun Əleyhinə İnstitutunda, Həştərxan Balıqçılıq ETİ-də, həmçinin suitilərin öyrənilməsi üzrə dünyanın aparıcı mütəxəssislərindən biri - şotlandiyalı professor Kalan Dak tərəfindən aparılmış tədqiqatlar əsasında verilib.

Mənbə: www.news.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.