XƏBƏRLƏR
· 15.05.2008
Nargin adası Xəzərdə müasir turizm mərkəzinə çevriləcək
8 746
S
sazan
·
15 may 2008 əlavə edildi
Bir neçə xarici şirkət Bakı buxtasındakı Nargin adasında turizm infrastrukturunun inkişafı üçün investisiya qoymağa hazırdır.
Gözlənilir ki, adada ən müasir otellər, əyləncə mərkəzləri, mağazalar, kafelər, restoranlar və digər obyektlər tikiləcək. Məlumatlı mənbələrin bildirdiyinə görə, xarici şirkətlərin təklifləri ölkə hökumətində nəzərdən keçirilir.
Ada ilə Bakı arasında əlaqə üçün dənizkənarı bulvarda dəniz taksisi xidməti fəaliyyət göstərəcək. Həmin mənbələrin qeyd etdiyinə görə, yenidənqurmadan sonra ada yay mövsümündə çoxlu sayda turist cəlb edəcək.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
15.05.2008
Baxış
8 746