Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 20.04.2008

Mütəxəssislər həyəcan təbili çalır: Azərbaycanda suitilərin bir dənə də olsun toplaşma yeri qalmayıb

8 064
S sazan · 20 aprel 2008 əlavə edildi
Mütəxəssislər həyəcan təbili çalır: Azərbaycanda suitilərin bir dənə də olsun toplaşma yeri qalmayıb

«Azərbaycanda suitilərin sayı 90-cı illərlə müqayisədə 4 dəfə azalıb. Demək olar ki, Xəzərin Azərbaycan akvatoriyasında artıq bir dənə də olsun suiti toplaşma yeri qalmayıb», - deyə suitinin qorunması üzrə beynəlxalq layihənin koordinatoru Tariel Eybatov bildirib.
Əvvəllər suitilərin toplaşdığı Şah dilində bu il bir dənə də olsun suiti qışlamayıb. Hazırda «Darvin təşəbbüsü» layihəsinin Azərbaycan hissəsinin mütəxəssisləri uçuş aparatlarından çəkilmiş foto materialları işləyirlər.
İlkin tədqiqatlar göstərib ki, Xəzərin şimal hissəsində, Rusiya sularında suitilərin doğumu kəskin azalıb. Həmçinin məlum olub ki, bütün tələf olan suitilər Xəzərin suları ilə Abşerona doğru gəlir.
Bəs onda Abşeron yarımadasını necə suitilərin qəbiristanlığı adlandırmayasan? Düzdür, rusiyalı mütəxəssislər suitilərin sayının azalması faktını inkar edirlər və buna görə hətta onların ovuna kvota müəyyən etmək istəyirdilər. Lakin beynəlxalq təşkilatların müdaxiləsindən sonra bu məsələ aradan qalxdı.
T. Eybatovun sözlərinə görə, suitilərin sayının azalmasının yüz səbəbi var. Və onların demək olar ki, hamısı insan amili ilə bağlıdır. Təbii səbəblər çox azdır.
Xatırladaq ki, Xəzər suitisinin qorunması üzrə «Darvin təşəbbüsü» beynəlxalq layihəsinə 2006-cı ildə başlanılıb. Layihəyə hazırda Xəzər suitisinin xilas edilməsi üzrə Fəaliyyət Planı hazırlayan bütün Xəzəryanı ölkələr daxildir.

Mənbə: www.1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.