Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 28.05.2008

Milli Parkın ərazisi Zığ qəsəbəsinə və Bibiheybət pirinə qədər genişlənəcək

8 441
S sazan · 28 may 2008 əlavə edildi
Milli Parkın ərazisi Zığ qəsəbəsinə və Bibiheybət pirinə qədər genişlənəcək

Bakı Bulvar İdarəsi Almaniya və İtaliyadan yeni attraksionlar və karusellər almağa hazırlaşır.
BBİ rəisinin müavini Nazim Məcidovun sözlərinə görə, bu avadanlığın alınması üzrə danışıqlar artıq başlayıb. N.Məcidovun sözlərinə görə, attraksionların və karusellərin payızda dəyişdirilməsi planlaşdırılır: «Əsas odur ki, yeni texnika texniki baxımdan təhlükəsiz olsun. Bundan əlavə, köhnə karusellər səs-küy yaradır və yaxınlıqdakı binalarda yaşayan insanlara mane olur».
M.Məcidov bildirib ki, Milli Parkda təmir işləri davam edir və iki mərhələdə aparılacaq. Onun sözlərinə görə, birinci mərhələdə Milli Parkın 4 km-lik ərazisi təmir olunacaq. İkinci mərhələdə isə prezidentin tövsiyəsinə əsasən Milli Parkın ərazisinin Dəniz Vağzalından Zığ qəsəbəsinə qədər və Əl Oyunları Sarayından Bibiheybət pirinə qədər uzadılması planlaşdırılır.

Mənbə: APA

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.