Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 19.01.2009

Kür və Araz əvvəlki kimi çirklənir

6 148
S sazan · 19 yanvar 2009 əlavə edildi
Kür və Araz əvvəlki kimi çirklənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamenti yanvarın birinci ongünlüyü üçün Kür və Araz hövzələrinin sərhədyanı hissələrinin çirklənməsinin monitorinqini aparıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Kürün sərhədyanı hissəsində suda fenolların və mis birləşmələrinin miqdarının yol verilən qatılıq həddini (YVQH) xeyli aşdığı aşkar edilib: Şıxlı-2 məntəqəsində müvafiq olaraq 1,1 və 4 dəfə, Ağstafaçay məntəqəsində – 2 və 3, Ağstafaçay su anbarında – 1,4 və 3. Biogen maddələrin və ammoniumun miqdarı norma daxilində olub, nitrit ionlarının qatılığı isə YVQH-ni Şıxlı-2 məntəqəsində 1,5 dəfə, Ağstafaçay çayının Qazax məntəqəsində 1,9, Ağstafaçay su anbarı məntəqəsində isə 2 dəfə aşıb.
Monitorinq zamanı həmçinin Araz çayının sərhədyanı hissəsində sularda fenolların və mis birləşmələrinin miqdarının YVQH-ni xeyli aşdığı müəyyən edilib: Horadiz məntəqəsində müvafiq olaraq 3 dəfə, 1-Şahsevən və Bəhrəmtəpə məntəqələrində – 2 dəfə. Biogen maddələrin və ammoniumun miqdarı norma daxilindədir, nitrit ionlarının qatılığı isə 1-Şahsevən məntəqəsində YVQH-ni 1,2 dəfə aşır.
Bütün məntəqələrdə suyun oksigen rejimi norma daxilində olub – 6,98-9,32 mq/l.

www.1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.