XƏBƏRLƏR
· 07.07.2009
Kür və Araz çaylarında aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
9 421
S
sazan
·
07 iyul 2009 əlavə edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Ətraf Mühitin Monitorinqi Departamentinin əməkdaşları iyunun üçüncü ongünlüyündə transsərhəd Kür və Araz çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsinin öyrənilməsi üzrə növbəti monitorinq aparıblar.
Monitorinqin nəticələrinə görə, Gürcüstan və Ermənistan ərazisində Kürə və onun qollarına axıdılan təmizlənməmiş məişət tullantılarının, həmçinin sənaye obyektlərinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı yol verilən həddi (YVH) xeyli aşıb.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiriciləri - fenol və mis birləşmələrinin səviyyəsi normanı 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2 dəfə, mis birləşmələri isə 3 dəfə, Ağstafaçay su anbarında fenollar normanı 3 dəfə, mis birləşmələri isə 2 dəfə aşıb.
İyunun 2-ci ongünlüyündə Araz çayında suyun sərfi 71 m3san təşkil edib.
Bəzi məntəqələrdə suda ammonium ionlarının səviyyəsi normanı bir qədər aşıb.
(4.61-6.50 m3/san)
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
07.07.2009
Baxış
9 421