Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 21.04.2008

Kanalizasiya Şüvəlan çimərliyinin sularına axıdılır

8 309
S sazan · 21 aprel 2008 əlavə edildi
Kanalizasiya Şüvəlan çimərliyinin sularına axıdılır

Day.Az redaksiyasına nəşrimizin oxucusu müraciət edərək kanalizasiya tullantılarının birbaşa Şüvəlan çimərliyinin sularına axıdıldığı aydın görünən fotoşəkillər təqdim edib.

Bildirilir ki, kanalizasiya borusu Şüvəlan qəsəbəsinin Şimal DRES-i ərazisində birbaşa çimərlikdə dənizə çıxır.

Heç bir şübhə yoxdur ki, çimərlik mövsümü ərəfəsində bu axıntı çimənlər üçün bakterial infeksiya təhlükəsi yaradır.

Day.Az-ın müxbiri vəziyyəti şərh etmək xahişi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib və şərhin çərşənbə axşamı veriləcəyinə dair vəd alıb.

Day.Az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.