Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 31.05.2008

İyunda Azərbaycanda küləkli hava gözlənilir

9 340
S sazan · 31 may 2008 əlavə edildi
İyunda Azərbaycanda küləkli hava gözlənilir

İyunda Azərbaycanda küləkli hava üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyevanın bildirdiyinə görə, ay ərzində tez-tez şimal küləkləri gözlənilir. Havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq. Lakin ayın ikinci yarısında bəzi günlərdə havanın orta sutkalıq temperaturunun normadan bir qədər yüksək olacağı istisna edilmir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, Böyük Qafqazın bir sıra ərazilərində isə normadan bir qədər çox olacaq. İyunda Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 22-24 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 14-19, gündüz 25-29 dərəcə isti, bəzi günlərdə temperatur 32-37 dərəcəyədək yüksələcək. Yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 4-12 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 13-18, gündüz 26-31 dərəcə isti gözlənilir, bəzi günlərdə havanın temperaturu 35-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı normaya yaxın olacaq (norma 21-35 mm).
Yuxarı Qarabağda – Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən – Gədəbəydə iyunda havanın orta aylıq temperaturu 14-18 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 9-14, gündüz 18-23 dərəcə isti gözlənilir, bəzi günlərdə temperatur 25-28 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 86-130 mm).
Qazax-Gəncə, Goranboy, Naftalan, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturu 20-23 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 12-17, gündüz 24-29 dərəcə isti, bəzi günlərdə temperatur 34-37 dərəcəyədək yüksələcək. Ay ərzində yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 46-63 mm).
Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturu 19-21 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 12-16, gündüz 22-25 dərəcə isti gözlənilir, bəzi günlərdə temperaturun 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir. Ay ərzində yağıntının miqdarı iqlim normasına uyğun olacaq (norma 18-179 mm), bəzi yerlərdə normadan bir qədər çox
Mərkəzi Aranda – Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Sabirabad, Saatlı, Biləsuvar, Salyan, Neftçalada – havanın orta aylıq temperaturu 24-26 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 16-21, gündüz 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 12-50 mm), bəzi yerlərdə normadan bir qədər çox.
Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda iyunda havanın orta temperaturu 21-24 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecə 13-18, gündüz 25-28 dərəcə isti gözlənilir, bəzi günlərdə havanın temperaturu 33-36 dərəcəyədək yüksələcək. Yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm).

Mənbə: APA

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.