Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 14.04.2008

İşğal olunmuş ərazilərdə ekoloji monitorinq

7 749
S sazan · 14 aprel 2008 əlavə edildi
İşğal olunmuş ərazilərdə ekoloji monitorinq

[INTRO]ATƏT və BMT Azərbaycanın işğal olunmuş ərazilərində birgə ekoloji monitorinq keçirmək istəyir[/INTRO]

«Azərbaycanın münaqişə ərazisində ciddi problemlər mövcuddur, lakin yaranmış vəziyyətdə onları həll etmək çətindir».
Bu barədə ATƏT Katibliyinin ekologiya məsələləri üzrə eksperti Devid Svolli bəyan edib.
Onun sözlərinə görə, ATƏT BMT ilə birgə ENVEC layihəsi çərçivəsində bu ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsini aparmaq istəyir, lakin bunun üçün hər iki ölkənin – Azərbaycan və Ermənistanın hökumətlərinin icazəsi lazımdır.
Qəbələ RLS-in ekologiyaya vurduğu ziyan məsələsinə toxunan Svolli qeyd edib ki, bu məsələ daha fəal öyrənilməyi tələb edir.
O, həmçinin ekoloji problemləri siyasiləşdirməməyi, əksinə onlara daha çox diqqət yetirməyi və onları həll etməyi məsləhət görüb.

Mənbə: APA

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.