Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 16.05.2008

İşğal altındakı Azərbaycanın Laçın rayonunda palıd ağacları kəsilir və Fransaya satılır

9 554
S sazan · 16 may 2008 əlavə edildi
İşğal altındakı Azərbaycanın Laçın rayonunda palıd ağacları kəsilir və Fransaya satılır

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın rayonunun meşələri kəsilir və istehsal üçün xarici ölkələrə göndərilir. «Laçının Picənis və Hacışamlı meşələrində qırmızı palıd kəsilir və konyak hazırlanmasında istifadə olunan çəlləklərin istehsalı üçün Fransaya göndərilir. Qoz ağacı isə kütləvi şəkildə kəsilir və mebel istehsalı üçün İrana və Avropa ölkələrinə satılır», - deyə nazirliyin mətbuat katibi vəzifəsini icra edən İradə İbrahimova cümə axşamı bildirib.
Azərbaycanın Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
ETSN bu faktları «Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyən edən (izləyən) Operativ mərkəz» vasitəsilə aşkar edib.
İbrahimova bildirib ki, Laçının Hacılar və Sadınlar kəndləri ərazisində 65 ha meşə tamamilə məhv edilib.
Rayonda 1124 ton civə yataqları (Narzanlı, Çilgəzçay, Sarıbulaq), 4457 min ton Laçın əhəngdaşı, üzlük daşı istehsalı üçün yararlı 2533 min kub m Qoçaz mərmərli əhəngdaşı, tikinti kubiki istehsalı üçün yararlı 5125 min kub m tuf yataqları (Ağoğlan, Əhmədli), kərpic və kirəmit istehsalı üçün yararlı 998 min kub m Novruzlu gil yataqları ehtiyatı, 2144 min kub m Quşçu pemza yataqları ehtiyatı, 15794 min kub m Yuxarı Həkəriçay qum və çınqıl ehtiyatı, rəngli qiymətli daşlar - 10 ton əqiq və 0,9 ton jad yataqları, 10499 min ton vulkan külü yataqları və Minkənd mineral suyu var.

Mənbə: trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.