Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 19.01.2009

İlk Azərbaycan ekspedisiyası Antarktidada olub

6 628
S sazan · 19 yanvar 2009 əlavə edildi
İlk Azərbaycan ekspedisiyası Antarktidada olub
Ekstremal idman növləri federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi tarixdə ilk Azərbaycan ekspedisiyası Antarktidada olub.
Bu barədə Azərbaycan Ekologiya Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, ekspedisiya 2008-ci il dekabrın 25-də başlayıb.
Ekspedisiya Antarktidaya Çilinin Patriot-Hills stansiyasından yola düşüb. Bütün yol boyu ekspedisiya üzvləri elmi-tədqiqat işləri aparıb, 300-dən çox müşahidə-ölçmə işi aparılıb, yolda 2 kq-a qədər müxtəlif qiymətli geoloji nümunələr götürülüb.
Ekspedisiya qrupunun «İridium» peyk sistemi vasitəsilə ötürdüyü məlumata görə, 2009-cu il yanvarın 11-də onlar dəniz səviyyəsindən 5 min 140 metr hündürlükdə olan Vinson dağının fəthini başa çatdırıblar.
Ekspedisiya üzvləri dağa Azərbaycan bayrağı, bir tərəfində ümummilli lider Heydər Əliyevin «Mən fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə fotosu, digər tərəfində isə «Azərbaycan İlham Əliyevlə irəli» sözləri ilə Prezident İlham Əliyevin fotosu olan bürünc lövhə sancıblar.

www.day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.