Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 14.06.2008

İlham Əliyev Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb

8 201
S sazan · 14 iyun 2008 əlavə edildi
İlham Əliyev Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidentinin sərəncamında deyilir:

Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması, habelə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2244 nömrəli «Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında» Sərəncamında göstərilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Abşeron yarımadasının Nardaran-Sumqayıt və Gürgan-Səngəçal istiqamətlərinin sahil zolağında modul tipli çirkab sularının təmizlənməsi qurğularının tikintisi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli çirkab sularının təmizlənməsi qurğularının tikintisini və istismara verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin ayrılmasını təmin etsin.

4. Tikilmiş çirkab sularının təmizlənməsi qurğularının normal və fasiləsiz istismarının və texniki xidmətinin təmin edilməsi məqsədilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Day.Az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.