Həşərat ordusu Tərtər rayonunda kəndə hücum edib
9 131
Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar həşəratları cəbhənin əks tərəfində xilas yolu axtarmağa məcbur edib.
Dünən, mayın 19-da, həşərat ordusu – tarakanlar, çəyirtkələr, qarışqalar və s. sözün həqiqi mənasında Tərtər rayonunun cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşən Həsənqaya kəndinə hücum edib.
Həşərat buludları yerli sakinlərin kənd təsərrüfatı sahələrinə tökülüb, evlərə və tövlələrə soxulur. Xüsusilə qeyd etmək lazımdır ki, həşəratlar Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş və bu yaxınlarda yandırılmış ərazilərindən qaçırlar.
Sürünən bəla ilə mübarizə üçün rayon rəhbərliyi 60 kq-dan çox xüsusi vasitə ayırıb.
Mənbə: www.1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.