XƏBƏRLƏR
· 25.09.2008
Gürcüstan və Ermənistanın çirkab suları Kür və Araz çaylarında suyun çirklənmə səviyyəsini artırıb
7 675
S
sazan
·
25 sentyabr 2008 əlavə edildi
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Ətraf Mühitin Monitorinqi Departamenti sentyabrın birinci ongünlüyündə aparılmış, transsərhəd Kür və Araz çaylarının çirklənmə səviyyəsinin və onların transsərhəd qollarının çirklənmə vəziyyətinin öyrənilməsinə dair monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, monitorinq zamanı Kürün Gürcüstan tərəfindən transsərhəd çirklənməyə məruz qalan hissəsində suda fenolların və mis birləşmələrinin yüksək miqdarı aşkar edilib. Şıxlı-2 məntəqəsində fenolların miqdarı yol verilən normanı 4, mis birləşmələri isə 6 dəfə, Ağstafaçayda fenolun miqdarı normanı 3, mis birləşmələri isə 4 dəfə, eyniadlı su anbarında isə fenollar və mis birləşmələri yol verilən normanı 3 dəfə üstələyib. Biogen maddələrdən nitrat ionları norma daxilindədir, lakin ammonium ionları Ağstafaçayda yol verilən normanı 1,2 dəfə, nitrit ionları isə Kürün Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə üstələyib. Bunun səbəbi Gürcüstan və Ermənistan ərazilərindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının su obyektlərinə daxil olmasıdır.
Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarının normanı dəfələrlə üstələməsi müşahidə olunub. Horadiz məntəqəsində fenolların miqdarı normanı 4 dəfə, mis birləşmələri 4 dəfə, Şahsevən 1-də fenol birləşmələri yol verilən normanı 3, mis birləşmələri isə 5 dəfə, Bəhrəmtəpədə fenollar yol verilən normanı 3, mis birləşmələri isə 4 dəfə üstələyib. Biogen maddələrdən nitrat və ammonium ionlarının norma daxilində olmasına baxmayaraq, nitrit ionları Araz çayının Horadiz məntəqəsində yol verilən normanı 1,1 dəfə, Bəhrəmtəpədə 1,7 dəfə, Şahsevən I-də isə 1,8 dəfə üstələyib. Bu halda da çirklənmənin səbəbi Ermənistan ərazisindən gələn çirkab sularıdır.
Bütün məntəqələrdə suyun oksigen rejimi norma daxilindədir (6,3-7,6 mq/l).

Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
25.09.2008
Baxış
7 675