Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 14.04.2008

Getdikcə daha çox turist Azərbaycana səfəri seçir

7 749
S sazan · 14 aprel 2008 əlavə edildi
Getdikcə daha çox turist Azərbaycana səfəri seçir

2009-cu ildə Azərbaycan turistlərin sayının 180 min nəfər artacağını gözləyir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2006-cı ildə Azərbaycana 1,193 milyon nəfər gəlib, onlardan 903 mini turizm məqsədilə gəlib, 2007-ci ildə isə 1,332 milyon nəfər (o cümlədən 1,01 milyon turist).

Keçən il artım 137 min turist təşkil edib ki, bu da əvvəlki ildən 11,5% çoxdur. Yaxın bir neçə ildə ölkə illik turist axınını 3 milyon nəfər səviyyəsinə çatdırmağı planlaşdırır.

Yanvarın sonunda CNN telekanalında Azərbaycanın turizm imkanlarını təbliğ edən iki reklam çarxının nümayişinə başlanılıb. Fevralın ortalarından isə daha bir çarx Euronews telekanalında yayımlanır. Dünya bazarlarına çıxan Azərbaycan turizm infrastrukturunu təkmilləşdirmək üçün addımlar atır, yeni mehmanxanalar açır.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.