XƏBƏRLƏR
· 14.06.2008
Gədəbəydə diametri 3-4 sm olan dolu yağıb
8 978
S
sazan
·
14 iyun 2008 əlavə edildi
Gədəbəy rayonunda diametri 3-4 sm olan dolu yağıb. Yerli icra hakimiyyəti başçısının müavini Qüdrət Paşayevin bildirdiyinə görə, dolu dünən saat 15:00-da başlayıb və 20 dəqiqə davam edib. Nəticədə rayonda evlərin 70%-nin damı zədələnib. Bundan başqa, rayon mərkəzində, həmçinin Düzyurd, Qaradağ, Söyüdlü, Ərtəpə, Şəkərbağı, Arıxdam və Gərgər kəndlərində təsərrüfatlara ziyan dəyib. Hazırda rayon fövqəladə hallar komissiyası ziyanın miqdarını müəyyənləşdirir.
Doludan sonra Gədəbəy rayonunda leysan yağış yağıb.
Mənbə: APA
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
14.06.2008
Baxış
8 978