Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 13.05.2008

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib

8 224
S sazan · 13 may 2008 əlavə edildi
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib. Dünən saat 12.00 radələrində ermənilər Ağdam rayonunun işğal olunmuş hissəsində yerləşən Baş Qərvənd kəndini yandırıblar. Qısa müddətdə alov böyük əraziyə yayılıb. Sıx tüstü yaxınlıqdakı yaşayış məntəqələrindən aydın görünürdü. Güman edilir ki, ermənilər yanğını bu ərazidə sayı artan ilanlarla mübarizə məqsədilə törədiblər. Qeyd olunur ki, burada zəhərli ilanların insanlara hücumu halları artıb, bundan erməni əsgərləri də əziyyət çəkir. Təkcə son iki həftə ərzində təmas xəttinin Azərbaycan tərəfində iki mülki şəxs ilan hücumunun qurbanı olub. Bir nəfər qəbiristanlıq ərazisində, digəri isə Baş Qərvənd kəndinin şimal-şərqində yerləşən otlaqda xəsarət alıb.

Mənbə: APA

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.