Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 01.07.2009

Ən çox ağac Bakının Xətai və Nizami rayonlarında kəsilir

8 536
S sazan · 01 iyul 2009 əlavə edildi
Ən çox ağac Bakının Xətai və Nizami rayonlarında kəsilir

«Adi nəzarətdən əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin ağacların kəsilməsi ilə bağlı tapşırığı ilə əlaqədar monitorinq təşkil olunub. Monitorinqin ilk nəticələri artıq Nazirlər Kabinetinə təqdim edilib».

Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. Nazir qeyd edib ki, ən çox ağac kəsilən Bakının Xətai və Nizami rayonları üzrə ayrıca hesabat təqdim olunub: «Ümumilikdə, ağacların kəsilməsi kəskin azalıb. Əsasən, yerli investorlar ağacların kəsilməsinə çox ehtiyatla yanaşmağa başlayıblar. Bununla yanaşı, belə faktlar hələ də müşahidə olunur. Bizə ağacların köçürülməsi ilə bağlı da çoxlu müraciətlər daxil olur. Bununla əlaqədar qaydalar hazırlayırıq. Nazirlər Kabinetinə məktubla müraciət etmişik».

H.Bağırov qeyd edib ki, nazirlik cərimələrin məbləğinin kəskin artırılmasını istəyir: «Ağacların köçürülməsi ucuz başa gəlmir. Yəni ağacı köçürməkdən əlavə, ona əlavə qulluq da lazımdır. Bütün bunlar üçün vəsait tələb olunur. Cərimələr o qədər artmalıdır ki, bütün xərcləri ödəsin. Bir ağacın kəsilməsinə görə 3-4 min manat məbləğində cərimə təyin edilməsi təklif olunub».

www.apa.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.