XƏBƏRLƏR
· 01.07.2009
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Sumqayıt çimərliklərində aparılan monitorinqin nəticələrini açıqladı
8 540
S
sazan
·
01 iyul 2009 əlavə edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Bakı şəhər Sanitar-Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə Bakı və Sumqayıt çimərliklərində monitorinq aparıblar. ETSN-in mətbuat xidmətindən bildirilib ki, 12 may – 18 iyun tarixlərində aparılan monitorinq zamanı çimərliklərin ərazisində 50 nöqtədən 153 su nümunəsi götürülüb. Bu nümunələr əsasında 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji analiz aparılıb.
Modul tipli təmizləyici qurğuların quraşdırıldığı Novxanı-Pirallahı sahil zolağı ərazilərində (Novxanı bağ sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) aparılan analizlərin nəticələrinə görə, dəniz suyu nümunələrində aşkar edilən komponentlərin səviyyəsi norma daxilindədir. Gürgan və Novxanı bağ ərazilərinin sahil zolağında mikrobioloji baxımdan zəif çirklənmə müşahidə olunub. Çirklənmənin səbəbi Gürgan yaşayış massivi, Sumqayıtın 5-ci və 6-cı mikrorayonlarının ərazisi, Corat, Saray qəsəbələri və bağ massivləri, Novxanı bağ ərazilərindən təmizlənməmiş çirkli suların axıdılmasıdır. ETSN tərəfindən iyunun əvvəlində Novxanı-Sumqayıt sahil zolağında quraşdırılmış 7 təmizləyici qurğunun işi hesabına bu istiqamətdə çirkli suların təmizlənməsi müəyyən dərəcədə təmin olunsa da, Sumqayıt tərəfdən böyük həcmdə daxil olan kanalizasiya suları bu əraziləri çirkləndirir. Şimal küləyi əsdikdə çirklənmiş sahələrin ərazisi daha da genişlənir.
Analizlərin nəticələrinə əsasən ETSN ayrı-ayrı çimərliklərin kəmiyyət və keyfiyyət göstəricilərini də müəyyən edib: «Sumqayıt şəhərinin 5-ci mikrorayonu istiqamətində götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji tədqiqatların nəticələrinə görə, götürülmüş nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 273 000 təşkil edir. Corat qəsəbəsində götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 181 000 təşkil edir. Coratda «Diana» istirahət mərkəzinin qarşısındakı ərazidən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 122 000 təşkil edir. Corat ərazisində «Gəmiqaya» restoranının qarşısından götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 47 000 təşkil edir Corat ərazisində «Sunsit» istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 38 000 təşkil edir. Coratda «Səma» istirahət mərkəzinin qarşısındakı ərazidən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı - norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 17 000 təşkil edir. Novxanıda «Akvapark» istirahət mərkəzinin qarşısındakı ərazidən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 15 000 təşkil edir. Novxanıda çimərlik ərazisindən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı - norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 5 600 təşkil edir.
Hövsan çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilindədir. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 56 000 təşkil edir. «Hövsan Aerasiya» stansiyasının qarşısından götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini bir qədər aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 112 000 təşkil edir.
Şıx çimərliyi ərazisində «Min bir gecə» restoranının qarşısından götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 45 000 təşkil edir. Şıx çimərliyi ərazisində «Delfin» otelinin qarşısından götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 34 000 təşkil edir. Şıx çimərliyi ərazisində «Ramada» istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 42 000 təşkil edir.
Qaradağ rayonunda «Sahil» çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 160 000 təşkil edir. Qaradağ rayonu ərazisində «Sahil» restoranının qarşısından götürülmüş dəniz suyu nümunələrində bir sıra kimyəvi komponentlər norma həddini aşır. Mikrobioloji analizlərin nəticələrinə görə, nümunə çirklənmişdir. Bağırsaq çöpləri bakteriyalarının miqdarı litrdə 157 000 təşkil edir.
Çimərlik mövsümünə hazırlıqla əlaqədar çimərliklərdə aparılmış monitorinqin nəticələrinə görə, istifadə üçün qeyri-qənaətbəxş hesab edilən ərazilər Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsidir. Bunun səbəbi Sumqayıt və bağlar tərəfdən böyük həcmdə dənizə axan təmizlənməmiş məişət tullantıları və Sahil və Şıx tərəfdən dənizə daxil olan, yol verilən normalar səviyyəsində təmizlənməmiş çirkab sularıdır.

Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
01.07.2009
Baxış
8 540