Ekologiya Nazirliyi «Bakıelektrikşəbəkə»nin işindən narazıdır
8 179
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər icra hakimiyyətinə məktub göndərərək, orada «Bakıelektrikşəbəkə» ASC tərəfindən yol verilmiş pozuntunu göstərib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirildiyi kimi, Ekologiya Nazirliyinin əməkdaşlarının apardığı yoxlamalar zamanı məlum olub ki, Səbail rayonu ərazisində, Neftçilər prospekti, 57 ünvanında tikinti işləri ərəfəsində sürüşmələrə xüsusilə meylli olan zona hasarla əhatə olunub. Hasara alınmış sahənin ümumi sahəsi təxminən 110 kv.m təşkil edir.
Nazirlik əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, hasara alınmış ərazidə «Bakıelektrikşəbəkə»nin elektrik yarımstansiyasının tikintisi planlaşdırılır.
Nazirlik tərəfindən Bakı Şəhər İH-yə müraciət göndərilib, orada bu ərazidə hər hansı tikintinin məqsədəuyğun olmadığı və hasarın sökülməsinin zəruriliyi bildirilir.
Hasara alınmış zona nəzarətə götürülüb.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.