Ekologiya Nazirliyi 52 palçıq vulkanını mühafizə altına alıb
8 317
«Azərbaycanda ölkənin ekoloji sərvətlərinin qorunması və mühafizəsi istiqamətində geniş iş aparılır», - deyə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Onun sözlərinə görə, ətraf mühitin mühafizəsində ən mühüm rollardan birini prezidentin palçıq vulkanları qoruğunun və «Göygöl» qoruğunun yaradılması haqqında fərmanları oynayıb.
«Nazirlik prezidentin bu fərmanlarının icrası sahəsində fəal iş aparır. Məsələn, artıq 52 palçıq vulkanı mühafizə altına alınıb, onların əksəriyyəti Abşeron yarımadasının ərazisində yerləşir», - deyə Bağırov bildirib.
«Eyni zamanda Göygöl qoruğunun yaradılması üzrə iş aparılır. Statistik məlumatlara müraciət etsək, hazırda Azərbaycan ərazisinin təxminən 8,5%-i təbii sərvət kimi dövlət tərəfindən mühafizə olunur», - deyə nazir qeyd edib.
Mənbə: www.1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.