Əbülfəs Qarayev: «2007-ci ildə Azərbaycandan istirahətə gedənlərin sayı 1 mln. 450 minə çatıb»
8 147
Hər il Azərbaycana turist axını 8-15% artır və 2007-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,1 milyona çatıb, deyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
«Ölkədən istirahətə gedənlərin sayı da artır və keçən il 1,450 milyona çatıb», - deyə Ə.Qarayev çərşənbə günü ənənəvi 7-ci Azərbaycan beynəlxalq turizm və səyahət sərgisi «AİTF 2008» və 2-ci mehmanxana işi sərgisi «OtelExpo 2008»-in açılışında deyib.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycanın turizm sənayesi düzgün inkişaf yolundadır, turizm ölkənin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biridir. «Bu barədə bu günlərdə ölkə prezidenti İlham Əliyev bir daha bəyan edib və bu ildən başlayaraq Azərbaycanda turizmin inkişafı ilə bağlı müxtəlif investisiya layihələri həyata keçiriləcək», - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanın turizm potensialına maraq ildən-ilə artır. «Əgər əvvəllər sərgidə 10 ölkə iştirak edirdisə, bu gün bu rəqəm 28-ə çatıb», - deyə Ə.Qarayev əlavə edib.
Onun sözlərinə görə, mehmanxana işi sərgisinin keçirilməsi təsadüfi deyil, «ölkədə mehmanxana biznesi uğurla inkişaf edir». «Bu gün Azərbaycanda 170-dən çox lisenziyalı mehmanxana, 250-dən çox tur-operator fəaliyyət göstərir», - deyə o qeyd edib.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.