XƏBƏRLƏR
· 25.09.2008
BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizədə kömək edəcək
7 138
S
sazan
·
25 sentyabr 2008 əlavə edildi
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycana Gürcüstanla sərhəddə Mərakeş çəyirtkəsi ilə mübarizədə kömək edəcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyevin bildirdiyinə görə, ilin əvvəlində Mərakeş çəyirtkəsi Azərbaycanın əkin sahələrinə böyük ziyan vurub. Gürcüstan zərərvericilərlə mübarizə üçün tədbirlər görmədiyindən problem həll olunmamış qalır.
M.Dünyamalıyev bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə fitosanitar vəziyyətin pozulması məsələsini qaldırıb.

Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
25.09.2008
Baxış
7 138