Bakının sürüşmə zonasında qanunsuz tikinti işləri aparılır
8 320
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının sürüşmə zonasında qanunsuz tikinti aşkar edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Paytaxtın Səbail rayonundakı Bayıl yamacı sürüşmə zonası elan edilib. Burada son 10 ildə dəfələrlə torpaq kütlələrinin yerdəyişməsi baş verib və bununla əlaqədar bu ərazidə tikinti işlərinin aparılması qadağandır.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Bakı Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Neftçilər prospekti, 57 ünvanında sürüşmə zonasında «Bakıelektrikşəbəkə» ASC-nin yarımstansiyasının tikintisi məqsədilə yaşıllaşdırılmış ərazinin ( 110 m2) hasara alınması faktı aşkar edilib. Departament paytaxtın və Səbail rayonunun İcra hakimiyyətinə telefonoqramlar göndərib, həmin telefonoqramlarda bu ünvanda hər hansı tikinti işlərinin aparılmasının məqsədəuyğun olmadığı göstərilib.
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.