Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 24.04.2008

Bakıda siqaretə qarşı kampaniya başlayır

8 465
S sazan · 24 aprel 2008 əlavə edildi
Bakıda siqaretə qarşı kampaniya başlayır

[INTRO]«Els» müstəqil tədqiqat mərkəzi siqaretə qarşı kampaniya keçirəcək.[/INTRO]

Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi Beynəlxalq Tütünsüz Gün ilə əlaqədar «Els» müstəqil tədqiqat mərkəzi sağlam həyat tərzini təbliğ etmək və zərərli vərdişlərdən xilas olmağın yollarını öyrənmək məqsədilə may ayında «Gələcəyinə, sağlamlığına və rifahına «yox» demə!» şüarı altında kampaniya keçirməyi planlaşdırır.

«Els»in mətbuat xidmətinin məlumatına görə, bu təşkilatın üzvləri «Gəncləri siqaretdən necə uzaqlaşdırmaq olar?» anketləri hazırlayıblar və bu anketlər Bakıda yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında yayılır.

Sorğunun nəticələri kampaniya zamanı açıqlanacaq. Həmçinin tütünə qarşı vərəqələrin yayılması və gənclər arasında müzakirələrin təşkili planlaşdırılır.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.