Bakıda EKO ölkələrinin ətraf mühit üzrə işçi qrupunun görüşü keçirilir
8 849
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin ətraf mühit üzrə işçi qrupunun beşinci görüşü başlayıb.
İclasda Azərbaycan, Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edir.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, EKO üzv ölkələrin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq planını hazırlayıb. İclas iştirakçıları EKO-ya üzv ölkələr arasında 2010-cu ilədək əməkdaşlığa dair fəaliyyət planını müzakirə edəcək, ətraf mühit sahəsində əməkdaşlığın yolları və üsulları barədə fikir mübadiləsi aparacaq, həmçinin öz təkliflərini irəli sürəcəklər.
İclasın nəticələri 2008-ci il noyabrın 17-20-də Pakistanın paytaxtı İslamabadda keçiriləcək nazirlər görüşündə nəzərə alınacaq.
EKO katibliyinin enerji, minerallar və ətraf mühit üzrə direktoru Əli Xanqutayev qeyd edib ki, belə görüşlərin keçirilməsi əməkdaşlığın inkişafına təkan olacaq.
Mənbə: APA
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.