Bakıda çirkab sularının 70 faizi təmizlənmədən Xəzər dənizinə axıdılır – nazir
8 823
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, Bakıda çirkab sularının 70 faizi təmizlənmədən torpağa və Xəzər dənizinə axıdılır. «Bakının ciddi problemlərindən biri çirkab sularının təmizlənməsi səviyyəsinin aşağı olmasıdır. Abşeron yarımadasında yalnız Hövsan təmizləyici qurğusu 30 faiz gücü ilə işləyir», - deyə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrinin ərazisində və «Amburan» çimərliyində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırıb.
Nazirin sözlərinə görə, son 4 ay ərzində Abşeron yarımadasının şimal sahilində 61 km-lik ərazi çirkab sularından təmizlənib. Bağırov həmçinin bildirib ki, əgər «Azərsu» 2-3 il ərzində bütün təmizləyici qurğuları bərpa etsə, dənizə «bir damla da çirkli su axmayacaq».
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.