XƏBƏRLƏR
· 14.04.2008
Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək
8 077
S
sazan
·
14 aprel 2008 əlavə edildi
[INTRO]Aprelin 16-da Bakıda beynəlxalq turizm və səyahət sərgisi başlayır. Bu barədə sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətinin məlumatında deyilir.[/INTRO]
Sərgidə turizmin müxtəlif növləri - aktiv, işgüzar, ekstremal və s. ilə maraqlanan insanlar üçün mallar və xidmətlər təqdim olunacaq.
Tədbirin keçirilməsinə nazirlik Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Ticarət-Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Turizm Sərgiləri Təşkilatçıları Assosiasiyası dəstək verəcək. Sərgi aprelin 18-dək davam edəcək.
1news.az
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
14.04.2008
Baxış
8 077