Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 04.05.2008

Bakıda «Azərbaycan hər fəsildə» beynəlxalq turizm konfransı keçiriləcək

8 227
S sazan · 04 may 2008 əlavə edildi
Bakıda «Azərbaycan hər fəsildə» beynəlxalq turizm konfransı keçiriləcək

[INTRO]Azərbaycan Turizm İnstitutu və onun beynəlxalq tərəfdaşı Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti Bakıda «Azərbaycan hər fəsildə» konfransını keçirəcək[/INTRO]

Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

O qeyd edib ki, mayın 6-da keçiriləcək tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

Konfransın əsas məqsədi Azərbaycanın ilin dörd fəslinin hər birində turizm potensialını, turizm sahəsinin inkişaf perspektivlərini araşdırmaqdır.

Tədbir turizm metodologiyalarından və texnologiyalarından geniş istifadə edən şəxslər arasında qarşılıqlı əlaqələrin yaradılmasına, fikir mübadiləsinin aparılmasına xidmət edəcək,

Konfransda Azərbaycan, Avstriya, Almaniya, Türkiyə, Yaponiya və Rusiyadan olan mütəxəssislər iştirak edəcək.

Day.Az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.