Bakı Moskvanın Xəzərdə nərə balıqlarının ovuna müvəqqəti qadağa ilə bağlı təkliflərini öyrənməyə hazırdır
8 391
Rusiyanın Xəzər dənizində nərə balıqlarının ovuna beşillik moratorium tətbiq edilməsi ilə bağlı təklifi regionun bütün ölkələrinin maraqlarına cavab verməyən meyarları nəzərdə tutur, deyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
«Nərə balıqlarının ovuna moratorium müəyyən meyarlara əsaslanmalı və Xəzəryanı ölkələrin maraqlarını nəzərə almalıdır», - deyə H.Bağırov söyləyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Xəzərdə nərə balıqlarının sayı kəskin azalanda Rusiya Azərbaycan tərəfinin oxşar təklifini rədd edib.
«Əgər danışıqlar zamanı Rusiya belə bir təkliflə çıxış etsə, yəqin ki, biz onun bizim üçün sərfəli tərəflərini qəbul edəcəyik», - deyə nazir qeyd edib.
RF Dövlət Balıqçılıq Komitəsi daha əvvəl Xəzərdə nərə balıqlarının ovuna beşillik moratorium tətbiq etməyi təklif etmişdi.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.